Əsas Səhifə > Güney Press > Norveç Ukraynaya maliyyə yardımını artıracaq
Norveç Ukraynaya maliyyə yardımını artıracaqDünən, 17:38 |
![]() Norveç Ukraynaya maliyyə yardımını artırmağı planlaşdırır. “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK ictimai televiziya kanalına müsahibəsində bildirib. “Bu gün deyə bilərəm ki, yaxın gələcəkdə biz Ukraynaya dəstəyi artırmaq üçün parlamentə təklif göndərəcəyik”, - o deyib. Qeyd edək ki, ötən ilin sonunda Norveç parlamenti 2025-ci ildə Ukraynaya hərbi və mülki dəstək üçün 35 milyard Norveç kronu (3,12 milyard ABŞ dolları) ayırmağa razılaşıb. Ümumilikdə Norveç 2023-2030-cu illər arasında bu məqsədlə 155 milyard kron xərcləməyi planlaşdırır. Geri qayıt |