Əsas Səhifə > Güney Press > Minaya düşən veteranın ayağı amputasiya edilib
Minaya düşən veteranın ayağı amputasiya edilibDünən, 11:11 |
![]() Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib. Nəticədə Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Yaralı şəxs dünən 21:40 radələrindən Bərdə rayon mərkəzi xətəxanasına aparılıb və müalicəsi orada davam etdirilib. Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov Modern.az-a bildirib ki, xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunub: “Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsində köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”. Vüsal Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir: "Amma çox qan itirdiyi üçün vəziyyətindəki ağırılıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riski daha da azaldacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq". Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağın müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb. Geri qayıt |