Əsas Səhifə > Güney Press > Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub

Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub


20-02-2025, 12:01
Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunmuş Tural Rasim oğlu Abdulzadə kollektivə təqdim olunub.

"Report"un yerli bürosu xəbər verir ki, yeni rəis müavinini kollektivə muxtar respublikanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov təqdim edib.

A. İsmayılov Tural Abdulzadəni yeni təyinat münasibəti ilə təbrik edib, Naxçıvanda vergi sahəsində həyata keçirilən islahatlardan danışıb, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə uğurlar arzulayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı 19 fevral 2025-ci il tarixli Sərəncama əsasən, Tural Rasim oğlu Abdulzadə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin olunub. Bununla da Dövlət Vergi Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Tural Abdulzadəyə həvalə edilib. O, müvafiq vəzifəyə təyin olunanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini olub.

Naxçıvanda Dövlət Vergi Xidmətinin rəis müavini kollektivə təqdim olunub

Geri qayıt