Əsas Səhifə > Güney Press > Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı

Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı


18-02-2025, 17:11
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı
Oğuzda qonşusunun həyətinə kağız parçalarında əxlaqsız sözlər yazıb atan 56 yaşlı şəxs həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, 1969-cu il təvəllüdlü T.X. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, T.X. evinin yaxınlığında yaşayan A.İ. adlı qadının həyətinə məktub şəkilində əxlaqsız sözlər yazılmış kağız parçaları atıb. A.İ. qonşusunun hərəkətlərindən bezərək, polisə şikayət verib.

T.X. ifadəsində A.İ.-nin yaşadığı evin həyətinə sözlər yazılmış kağızları atdığını etiraf edib. O, səhv etdiyini başa düşdüyünü və güzəşt edilməsini məhkəmədən xahiş edib.

Məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati həbs olunub.

Geri qayıt