Əsas Səhifə > Güney Press > Litva hərbçilərini Ukraynaya göndərməyəcək

Litva hərbçilərini Ukraynaya göndərməyəcək


18-02-2025, 14:48
Litva hərbçilərini Ukraynaya göndərməyəcək
Litva hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi hazırda müzakirə edilmir.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Litva Prezidentinin xarici siyasət üzrə baş müşaviri Asta Skaysqirite bildirib.

"Hələlik Ukraynaya hər hansı hərbi kontingentin göndərilməsindən söhbət getmir", - o qeyd edib.

Baş müşavir, həmçinin əlavə edib ki, "biz Ukraynaya təlimatçı qismində kömək edə bilərik".

Daha əvvəl Litvanın Müdafiə Nazirliyi məlumat vermişdi ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Vilnüs Kiyevə 767 milyon avrodan çox hərbi yardım göstərib.

Geri qayıt