Əsas Səhifə > Güney Press > Bərdə sakini həbsxanada olan oğlunun xəstəxanaya yerləşdirilməsini xahiş edir
Bərdə sakini həbsxanada olan oğlunun xəstəxanaya yerləşdirilməsini xahiş edir18-02-2025, 13:10 |
![]() Bərdə rayon sakini Musayeva Zenfira Əhməd qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Cəmil Kamilliyə müraciət edib: "Hörmətli Fərid Əhmədov! Hörmətli Cəmil Kamilli! Mən, Musayeva Zenfira Əhməd qızı, dəfələrlə oğlumun səhhəti ilə bağlı sizə məktub göndərmişəm. Lakin heç birinə doğru-düzgün cavab ala bilməmişəm. Bu səbəbdən də media üzərindən bir daha sizlərə müraciət edirəm. Qeyd edim ki, oğlum Musazadə Xəyyam Süleyman oğlu 2020-ci ilin sentyabır ayında 11 il müddətində həbs edilib. Kürdəxanıda 7 saylı cəzaçəkmə mərkəzində 2 il yatıb. Daha sonra 1 saylı cəzaçəkmə mərkəzinə göndərilib. 1 il 6 ayda orada qaldıqdan sonra yenidən 11 saylı cəzaçəkmə mərkəzinə göndəriblər. Burada 3 aylıq "kars"a salıblar. "Kars"da ola-ola məhkəmələri keçirilib. 2 il "krıtı" deyilən yerdə saxlanılaraq, hər gün işgəncələrə məruz qalıb. Hazırda vəziyyəti çox pisdir. Səhhəti günü-gündən pisləşir. Sizlərdən bir ana kimi xahiş edirəm, göstəriş verin, oğlumu xəstəxanaya yerləşdirsinlər. Dəfələrlə müraciət etmişəm, cavab olaraq bildiriblər ki, "gedib baxılacaq". Amma nəticə yoxdur. Oğlumun özü dəfələrlə rəisin qəbulunda olub, xəstəxanaya yerləşdirilməsini xahiş edib. Türmə rəisi də bildirib ki, Cəmil Kamiliyə müraciət edin. Həkim də deyir ki, "bizlik deyil, rəis göndəriş verməlidir". Hazırda çarəsiz vəziyyətdə qalmışıq. Xahiş edirəm, bizə kömək edin". Ədliyyə Nazirliyindən saytımızın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaş [email protected] elektron ünvanlna yazılı müraciət göndərə bilərlər. Geri qayıt |