Əsas Səhifə > Güney Press > "Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır"

"Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır"


17-02-2025, 17:46
"Hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır"
"Bu gün işğaldan azad olunmuş ərazilərdə Cənab Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə böyük abadlıq, quruculuq işləri həyata keçirilir. Yeni binalar tikilir, yaşayış məntəqələri salınır, zavodlar, fabriklər, xəstəxanalar, məktəblər tikilir. Bir sözlə əhalinin geri qayıtması üçün dövlətimiz bütün addımları atır".

Bunu Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışıb.

O, açıqlamasında qeyd edib ki, Ağdam və Cəbrayılda azad-iqtisadi zonalarla bağlı işlər ən yüksək səviyyədə həyata keçirilir:

"Bu gün, eyni zamanda bu ərazilərdə iki azad-iqtisadi zona yaradılıb. Bu iqtisadi zonaların gələcəkdə töhfəsi çox böyük olacaq. Ağdam və Cəbrayılda bu işlər ən yüksək səviyyədə həyata keçirilir. Yəni, dövlətimiz tərəfindən bütün addımlar atılır, tədbirlər uğurnan icra olunur. Bu gün Cəbrayılda, Şuşada bizim məktəbələrimiz uğurla fəaliyyət göstərir. Yəni, bu gün hər bir şərait yaradılır. Demək olar ki, bütün bunlar dövlətimizin bu sahədə uğurlarının göstəricisidir. Əslində, çoxları prosesin necə gedəcəyini düşünürdü. Amma, şükür ki, ən uğurlu və sürətli formada bu addımlar atıldı. Bu gün, hazırda işğaldan azad olunmuş ərazilərdə 30 min Azərbaycan vətəndaşı yaşayır. Burada əsas məsələlərdən biri, qeyd etdiyimiz kimi əhalinin həyatını daha yaxşı və yüksə formada təmin olunmasıdır. Bölgələrimizin bəziləri hər şeylə tam yüksək formada təmin olunub, bəzilərində isə bu işlər hələki davam etdirilir. Ümumilikdə isə deyə bilərik ki, bütün addımlar ən yüksək səviyyədə atılır".

Geri qayıt