Əsas Səhifə > Güney Press > Ermənistanı Avropa İttifaqında heç kim gözləmir

Ermənistanı Avropa İttifaqında heç kim gözləmir


17-02-2025, 17:13
Ermənistanı Avropa İttifaqında heç kim gözləmir
Ermənistanın Avropa İttifaqına daxil olmaq perspektivi yoxdur və İrəvan bunun naminə Avrasiya İqtisadi İttifaqına üzvlüyün verdiyi bütün üstünlükləri itirir.

Modern.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan bunu İrəvanda keçirilən mətbuat konfransında deyib. O, Avropa İttifaqına üzvlük məsələsinin ölkədə keçiriləcək parlament seçkilərində əsas mövzu olacağını bildirib.

Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Ermənistanın ikinci prezidenti olan və 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edən Robert Koçaryan hazırda respublika parlamentində ən böyük müxalifət fraksiyasına malik “Ermənistan” blokunun lideridir.

Geri qayıt