Əsas Səhifə > Güney Press > Rusiya ərazi güzəştlərinə getməli olacaq

Rusiya ərazi güzəştlərinə getməli olacaq


16-02-2025, 10:02
Rusiya ərazi güzəştlərinə getməli olacaq
Rusiya ərazi güzəştlərinə getməli, silahlı qüvvələrini azaltmalı və gələcəkdə onlardan istifadədən imtina etməlidir.

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib.

Onun sözlərinə görə, “Ukrayna da güzəştə gedə bilər”. Bundan başqa, Kelloq Rusiyaya qarşı sanksiyaların hazırda nə dərəcədə effektiv olduğunu qiymətləndirib.

“Onlar 10-dan 6 səviyyəsindədir. Lakin onların həyata keçirilməsi 10-dan 3 səviyyəsindədir. İqtisadiyyata təsir edən sanksiyalar lazımdır. Biz bunu keçmişdə İranla etmişik, biz bu ölkəni çox ciddi şəkildə sarsıdan sanksiyalar tətbiq etmişik”, - o vurğulayıb.
Geri qayıt