Əsas Səhifə > Güney Press > Deputatlar Eldəniz Səlimovla görüşəcək?

Deputatlar Eldəniz Səlimovla görüşəcək?


Bu gün, 11:19
Deputatlar Eldəniz Səlimovla görüşəcək?
Milli Məclisin həbsdə olan keçmiş deputatı Eldəniz Səlimov azadlığa buraxılıb. Onun həbs müddəti bu gün başa çatıb.

Eldəniz Səlimov 2021-ci ildə həbs edilmişdi. O, polis əməkdaşını döyməkdə ittiham olunurdu.

Qeyd edək ki, Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs verməyən deputatlardan biri Azər Badamov olub. O, E.Səlimovla parlamentdə eyni masada əyləşib və iki siyasətçi arasında yaxın əlaqələr olub.

Modern.az Azər Badamovla əlaqə saxlayıb. Deputat bildirib ki, Eldəniz Səlimovun azadlığa çıxmasından xəbərsizdir:

“Eldəniz Səlimovun azadlığa çıxmasından xəbərim yoxdur. Onunla təbii ki, görüşəcəyik. Düşmən deyilik ki, bir yerdə olmuşuq, Milli Məclisdə birgə oturmuşuq, yoldaşlıq etmişik”.

Xatırladaq ki, 2021-ci ilin iyul ayının 29-da keçmiş deputat Eldəniz Səlimovun Xaçmaz şəhəri ərazisində polis əməkdaşını döydüyü iddiası ilə polis orqanlarına müraciət edilib.

2021-ci il avqustun 2-də parlamentin İntizam Komissiyasının iclasında deputatın toxunulmazlığının ləğv edilməsi ilə bağlı məsələ plenar iclasa tövsiyə olunub. Həmçinin 2 avqust 2021-ci ildə Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının İdarə Heyətinin iclasında Eldəniz Səlimov YAP üzvlüyündən xaric edilib.

Parlamentin 2021-ci il avqustun 3-də fövqəladə iclasında deputatın toxunulmazlığı ləğv olunub.

2021-ci ilin dekabrın 27-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və deputat mandatına xitam verilib.

Geri qayıt