Əsas Səhifə > Güney Press > İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb,
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb,Dünən, 16:58 |
İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb. Bu barədə "Report"a aktrisanın qızı Nigar Tofiq məlumat verib. Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır: "Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq". Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Geri qayıt |