Əsas Səhifə > Güney Press > Tanınmış müğənni həmkarlarına SATAŞDI:
Tanınmış müğənni həmkarlarına SATAŞDI:Bu gün, 16:06 |
“Hansı gün oxuya bilməsəm, həmin gün xalqdan üzr istəyib, mikrofonu qoyub sənətdən gedərəm”. Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Eldar Ələkbərov deyib. Sənətçi səsi, sənəti olmayan, amma bütün günü efirlərdə özünə tərif yağdıran həmkarlarından danışıb: “Bütün janrlarda oxuya bilirəm. Mərcə girərəm, saatlarla yorulmadan oxuyaram. Hansı gün oxuya bilməsəm, həmin gün xalqdan üzr istəyib, mikrofonu qoyub sənətdən gedərəm. Biri var, sənətin olmaya, abırsız olasan, sənətdən danışasan, bütün günü özünü tərifləyəsən ki, mən-mən, ay, bağ belə-bostan belə… Onsuz da elin gözü tərəzidir, pisi-yaxşıdan ayırır. Biri də var, səsin, sənətin, səsinin dadı-duzu ola, az danışasan, özünə hörmət edəsən, amma el içində hörmət qazanasan. Qurban olum xalqıma, həmişə məni dəyərləndirib”. Geri qayıt |