Əsas Səhifə > Güney Press > Nazilə Səfərli qalmaqallı fotosundan danışdı:

Nazilə Səfərli qalmaqallı fotosundan danışdı:


Bu gün, 12:28
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı:
Şairə Nazilə Səfərlinin sosial şəbəkələrdə paylaşılan fotosu ictimai qınağa səbəb olub.

Xatırladaq ki, Nazilə Səfərli Misirdə səfərdə olub və orada istirahət məkanından çəkdiyi fotolarının bəzilərini sosial şəbəkə hesabında paylaşıb. Onun paylaşdığı bəzi fotolar izləyiciləri narazı salıb. Sosial şəbəkə izləyiciləri şairəni qınayıb, onu soyunaraq şəkil paylaşmasını pisləyiblər.

Nazilə Səfərli Qaynarinfo-ya açıqlamasında ona irad tutanlara sərt cavab verib:

"Misirdəyəm. Yazırlar ki, "səndəmi başladın”? Mən yazıq dənizdəyəm. Dənizdə nə geyinirlər? Mənim ailəm ən gözəl tamaşaçımdır. Nəsə paylaşanda onları nəzərə alıram, diqqətli oluram. Dənizdə şuba geyinim? Örtülü fotodur".

Nazilə Səfərli Misirə səfərinin səbəblərini açıqlayıb:

"Mən hər qış isti ölkələrə gedirəm. Bu səfərlər ya doğum gününə təsadüf edir, ya da ondan sonraya. Bu dəfə səfərim tam doğum gününə təsadüf etdi. Ona görə də bu səfəri özümə hədiyyə etdim".

Nazilə Səfərli qalmaqallı fotosundan danışdı:
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı:
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı:

Geri qayıt