Əsas Səhifə > Güney Press > 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaqDünən, 10:07 |
“Dəyişikliklərin qaçılmazlığı. Bizi hər yerdən gözləyən fəlakətlər barədə xəbərdarlıq edilir: Bakıdan, Moskvadan, Ankaradan, Tehrandan, Minskdən, Vaşinqtondan, Parisdən… hər yerdən!” Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan yazıb. O, dəyişən dünya düzəni fonunda Ermənistanın tamamilə gücsüz qaldığını bildirib: “İçəridə narahat olan fiqurlar var, lakin vəziyyət dəyişməyəcək. Fəlakətin qarşısını almaq üçün nə etmək olar? Bugünkü dövlət-milli böhranının əsasında 3 amil dayanır ki, onları tez dəyişmək lazımdır. – İdarəetmə Qüsuru – Müqavimət Təşkilatlarının Yetərsizliyi – Məğlubiyyət Sosiologiyası Bizim üçün təlxək və kral bir adamda birləşib. Və bu, son dərəcə ciddi çağırışdır. Kral saraylarında bunlar müxtəlif şəxsiyyətlər olur. Təlxək təhlükəli, bəzən doğru olan bir çox şeyləri söyləmək gücünə malikdir. Bizdə “kral” (Nikol Paşinyanı nəzərdə tutur – red.) həm fəlakətlər gətirir, həm də təlxək kimi camaatın fəlakətə ehtiyatsız, xoş əhvali-ruhiyyədə getməsini təmin edir. Bu, həll etməli olduğumuz ciddi problemdir”. Geri qayıt |