Əsas Səhifə > Güney Press > Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib
Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib27-01-2025, 10:31 |
Vətəndaş barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 19 min 500 manat pul tələb edən 51 yaşlı Bəhlul Şıxalıyev Hacıqabulda saxlanılıb. "DİA-AZ" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları onun üzərindən zərərçəkəndən hədə-qorxu ilə əldə etdiyi pulun bir hissəsini aşkar edərək maddi sübut kimi götürüb. Faktla bağlı cinayət işi başlanılıb, B.Şıxalıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Geri qayıt |