Əsas Səhifə > Güney Press > Putin Trampla görüşə razılıq verdi
Putin Trampla görüşə razılıq verdi25-01-2025, 11:27 |
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Ukrayna müharibəsi və enerji kimi məsələləri müzakirə etmək üçün görüşməli olduğunu söyləyib. “Cebheinfo.az” xəbər verir ki, Putin Rusiyanın “Rossiya-24” dövlət kanalına müxtəlif aktual məsələlərlə bağlı açıqlama verərəkən belə deyib. ABŞ rəhbərliyi ilə dialoqdan heç vaxt vaz keçmədiklərini ifadə edən Putin müharibənin baş verməsinə görə, Bayden adminstrasiyasını ittiham edib: “Əvvəlki administrasiya təmasları rədd etdi və bu bizim günahımız deyil. Mövcud ABŞ Prezidenti ilə hər zaman biznesyönümlü və eyni zamanda praqmatik münasibətlərə əsaslanan etimad olub. Əgər 2020-ci ildə Trampın əlindən qələbə alınmasaydı, 2022-ci ildə Ukraynada başlayan böhran baş verməzdi və mən onunla razıyam”. Trampın əvvəllər Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə diqqət çəkən Putin keçmiş prezident Cozef Baydenin də sanksiya yolu ilə getdiyini bildirib. Bayden administrasiyasının Rusiya üçün dollar istifadəsinə qadağa qoyduğunu qeyd edən Putin bu qərarla özlərinə zərər vurduqlarını bildirib. Putin Trampın yenidən Rusiya ilə işləməyə hazır olduğuna dair açıqlamalarına diqqət çəkərək deyib: “Bu günün reallıqlarına əsaslanaraq, həm ABŞ-ı maraqlandıran bütün sahələr haqqında sakit danışmaq üçün bir araya gəlmək yaxşı olardı. Bir daha təkrar edirəm, bu, ilk növbədə, əlbəttə ki, hazırkı Amerika administrasiyasının qərarlarından və seçimlərindən asılıdır”. Ukrayna ilə danışıqlara açıq olduqlarını, lakin bəzi məsələlərin də nəzərə alınmalı olduğunu vurğulayan Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlara qadağa qoyduğunu xatırladıb. Rusiya və ABŞ-ın dünyanın ən böyük enerji istehsalçısı və istehlakçıları olduğunu qeyd edən Putin bu sahədə qiymətlərin müəyyən edilməsini Trampla müzakirə etmək istədiyini vurğulayıb: “Bu o deməkdir ki, enerji qiymətlərinin çox yüksək və ya çox aşağı olması həm bizim, həm də ABŞ iqtisadiyyatı üçün pisdir. Bizim çox şeyi danışmalıyıq”. Geri qayıt |