Əsas Səhifə > Güney Press > Universitet vergilərini vaxtında ödəməyib

Universitet vergilərini vaxtında ödəməyib


Dünən, 17:58
Universitet vergilərini vaxtında ödəməyib
Azərbaycan Tibb Universiteti (VÖEN – 1400457111) və bu universitetin Tədris Cərrahiyyə Klinikasının (VÖEN – 1402715001) dövlət büdcəsinə ümumilikdə 27 min 803 manat 30 qəpik vergi borcu var.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Tibb Universitetinin 21 min 903,86 manat, Tədris Cərrahiyyə Klinikasının isə 5 min 899,44 manat vergi borcu yaranıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinə professor Gəray Gəraybəyli, Tədris Cərrahiyyə Klinikasına isə dosent Əsədulla Sultanov rəbərlik edir.

Geri qayıt