Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüansDünən, 16:00 |
İkinci Qarabağ müharibəsindən və bütün ərazilər üzərində suverenliyimizin bərpasından sonra qarşıdakı əsas hədəflərdən biri də Zəngəzur dəhlizinin açılması, Naxçıvanla maneəsiz gediş-gəlişin təmin olunmasıdır. Lakin məlum olduğu kimi İran və Ermənistan hər-vəchlə prosesin qarşısının alınmasında maraqlıdır. Digər tərəfdən son illərdə bu yolun açılmasının region ölkələrinə böyük dividentlər gətirəcəyindən də bəhs olunur. Bu dəhliz açıldıqdan sonra nələr olacaq? Bu yalnız yüklərin daşınacağı bir koridor rolunu oynayacaq? Globalinfo.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, Zəngəzur dəhlizinin reallaşdırılması bölgənin bütövlükdə iqtisadi və siyasi maraqlarına xidmət edir: “Bu dəhlizin reallaşdırılması bölgədə yerləşən hər bir dövlətin milli maraqları çərçivəsindədir. Həmin dövlətlər öz milli maraqları konteksindən çıxış edib, qonşu ölkələrin ərazi bütövlüyünü qəbul etsələr, bu tip nəqliyyat, kommunikasiya layihələrinin reallaşdırılması bölgədəki dövlətlərin dayanıqlı, iqtisadi inkişafına xidmət edə bilər. Ona görə də ən önəmli məqamlardan biri ondan ibarətdir ki, region ölkələri uzaq mərkəzlər tərəfindən idarə olunmamalıdır. Biz bunu Ermənistanın timsalında açıq-aydın görürük. Proseslər bu istiqamətdə olarsa, hökumət xarici mərkəzlərədn idarə olunursa, problemlər də qaçılmaz olur. Əgər Ermənistan ictimaiyyəti reallıqları dərk edib, digər ölkələrin alətinə çevrilməkdən imtina edərsə, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasına şərait yaradacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur. Amma milli maraqlarımız da bizim üçün prioritetdir. Zəngəzur dəhlizinin reallaşdırılması bölgədə işgüzar fəallığa müsbət təsir edə bilər. Ötən əsrin 80-ci illərinin sonlarından iqtisadi tənəzzül elə bölgədəki iqtisadi əməkdaşlığın pozulması ilə başladı. İndi iqtisadi əlaqələri bərpa etmək lazımdır. Bu həm də nəqliyyat, kommunikasiya layihələrinin icrasından asılıdır”. Geri qayıt |