Əsas Səhifə > Güney Press > Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı,

Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı,


Bu gün, 11:30
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı,
Azərbaycanda nizamnamə kapitalı 61 milyon manat olan bank olmayan kredit təşkilatı təsis edilib.

Banker.az xəbər verir ki, bu, “FintechCredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev Prospekti, ev 183, M ünvanında 22 yanvar 2025-ci il tarixdə qeydiyyata alınıb.

BOKT-yə Bilal Bilallı Hilal oğlu rəhbərlik edəcək. B.Bilallı “Azpul” BOKT MMC-nin baş mühasibidir.

Qeyd edək ki, Mərkəzi bankın sondəyişikliyə əsasən, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. İndiyə qədər qüvvədə olan kapital tələbi ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 iyul 2017-ci ildə təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının prudensial tənzimlənməsi Qaydaları”nda öz əksini tapmışdı. Yeni qərarla həmin Qaydalar qüvvədən düşüb.

Xatırladaq ki, AMB sonuncu dəfə “PAYONİX BOKT” MMC-yə 2024-cü ilin mayında lisenziya təqdim edib.

Geri qayıt