Əsas Səhifə > Güney Press > "Sən uşaq qatilisən, niyə boynuna almırsan?"

"Sən uşaq qatilisən, niyə boynuna almırsan?"


Bu gün, 16:54
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?"
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Yaşar Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan, hazırda məhkumluq həyatı yaşayan İpək Əhmədova ifadə verib:

"Uşağı Yaşar öldürüb. Eldəniz bizə gələndə Yaşar uşağı da, məni də döyürdü. Eldəniz taksi sürücüsüdür, həm də Yaşarın tanışı idi. Telefon danışıqları var, Eldəniz bizi Yaşardan qorumaq üçün apardı Abdullagilə. Yaşar uşağı remenlə döyüb. Qırmızı sobanı uşaqla mənim başımda qırdı. Qatilsən niyə boynuna almırsan, uşaq qatili. Mirəlinin ayağını sən sındırmısan. Narkotikdən də istifadə edirdi".

Təqsirləndirilən şəxs Yaşar Abbasov İpək Əhmədovanın ifadəsinə münasibət bildirib: "Eldənizə mən demişəm ki, bunları həkimə apar. Yolda isə İpək Eldənizə deyib apar məni öz evinə. Orda da uşaq öləndən sonra deyib aparın basdırın. Bunu ona görə döymüşəm ki, narkotikdən istifadə edirdi. Yazığım gəlib uşağa, demişəm gəlin mənim yanımda qalın. Xəstəxanaya aparmağa pulum yox idi, ona görə getmədim".

Zaldan Yaşarın bibisi qızının dedikləri: "Sən Yaşara narkotik satıb tanış olmusan".

Hakim Novruz Kərimov sənədlərin tədqiqi mərhələsinə keçib. Sonra hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib. Ancaq təqsirləndirilən şəxsin vəkilləri zərərçəkən şəxsin hüquqi varisinə suallarının olduğunu bildirib və hakim vəkillərin vəsatətini təmin edib.

Vəkil Yaşarın necə işgəncə verməsini soruşub.

İpək Əhmədovanın cavabı belə olub: "Uşağı döyüb krovatın altına, məni də paltar şkafına salırdı. Uşağın ölməsi səhər saatlarına təsadüf edib. Uşaq öləndən sonra mənə hədə-qorxu gəlirdilər ki, heç yerə demə. Telefonlarımı sındırmışdı Yaşar.

Vəkilin sözlərinə görə, ekspert rəyində nə Mirəlinin ayağının sınması barədə, nə döyülməsi barədə heç bir rəy yoxdur.

Hakim Yaşardan İpəyə bədən xəsarətləri yetirdiyini soruşub. Yaşar İpəyi narkotik çəkməməyə görə döydüyünü bildirib. İpək isə necə dəfə uşağı krovatdan salıb yerə.

Vəkillər məhkəmə istintaqının yekunlaşmasına etiraz edərək əlavə şahidlərin gəlməsini istədilər. Ancaq hakim məhkəmə istintaqının yekunlaşmasını elan edərək dövlət ittihamçısına çıxış üçün söz verdi.

Ancaq dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi 19 fevral tarixinə kimi təxirə düşüb.

Qeyd edək ki, ittiham aktına görə, Yaşar Abbasov qeyri-rəsmi yaşadığı İpək Əhmədovanı döyüb, azyaşlı 9 yaşlı uşağa işgəncə verməklə Əhmədzadə Mirəli Seyidvəli oğlunu isə qəsdən öldürüb.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi maddəsi ilə həbs edilib.

Geri qayıt