Əsas Səhifə > Güney Press > Yediyimiz niyə zəhər olur?

Yediyimiz niyə zəhər olur?


Bu gün, 16:00
Yediyimiz niyə zəhər olur?
Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə, saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə hospitalizasiya edilib.

Müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur. Bundan əvvəl də dəfələrlə qidadan kütləvi zəhərlənmə faktları qeydə alınıb. Son zamanlar niyə qidadan zəhərlənmələr atıb?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında qida eksperti Elsevər Fərzəliyev bildirib ki, son zamanlar çoxalan zəhərlənmələrin qidaların keyfiyyətsizliyindən baş verdiyini demək olma. Ekspert qeyd edib ki, qidaların keyfiyyətsiz olub-olmadığını təyin etmək üçün laborator tədqiqatlar lazımdır:

“Evdə hazırlanmış salatdan zəhərlənmə halları daha tez-tez baş verir. Çünki salat müxtəlif inqridentlərdən hazırlanır. İndiki halda həmin qida vasitələrini araşdırmaq lazımdır. Keyfiyyət göstəricilərini formalaşdıran amilləri analiz etmək lazımdır ki, keyfiyyəti formalaşdıran hansı şərt var. O şərt bu qidanın içində ödənilir, ya ödənilmir? Bir çox hallarda ərzağı saxlama müddəti keçəndən sonra istifadə edirlər və nəticədə qida zəhərlənməsi baş verir”.

O bildirib ki, əgər qidadan zəhərlənmə halları rəngli sulardandırsa, bu, suya əlavə olunan o boya maddələrindən qaynaqlanır:

“Suda olan toksiki birləşmələr hallarına gətirib çıxara bilər. Əgər su qablaşdırılmadan əvvəl yoxlanılmasa, analizdən keçirilməsə, zəhərlənmə halı baş verə bilər”.

Elsevər Fərzəliyevin sözlərinə görə, əhalinin qidaya yanaşmasından da çox şey asılıdır: “Əgər inqridentlər, yarımfabrikatlar ticarət şəbəkəsindən alınırsa, onun etiketinə baxmaq lazımdır. Diqqət etmək lazımdır ki, məhsul nə vaxt istehsal olunub və nə vaxta qədər istifadəyə yararlıdır. Əgər istifadə müddəti tamam olan dövrə yaxınlaşıbsa, onda o qidanı almayın. Alıcıların da maarifləndirilməsi vacib şərtdir. İstehlaka yararsız ərzağı satan mağazalarda iş aparmaq lazımdır”.

O bildirib ki, işbazların fəaliyyətinə məhdudiyyət qoyulmalıdır:

“Bundan ötrü təklif edərdim ki, kütləvi informasiya vasitələri, əsasən televiziyalarda bununla bağlı xüsusi veriliş olsun. Bu işin mütəxəssislərini dəvət etsinlər, onlara şərait yaratsınlar ki, əhali maariflənsin”.

Mütəxəssis Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini müsbət dəyərləndirib: “Qida Təhlükəsizliyi Agentliyinin müxtəlif sektorlarda fəaliyyətini çox yaxından izləyirəm. Son zamanlar onların da monitorinqləri çoxalıb. Agentlik çoxşaxəli sektorlarda, mağazalarda, istehsalat sahələrində, xammal meydançalarında, sərhəddə xaricdən gətirilən xammalın hamısında monitorinqlər aparır. İnsan orqanizminə zəhərli təsir göstərə biləcək məhsullar buraxılmır.

Ölkəyə sağlam xammal gəlirsə, o xammaldan sağlam məhsul hazırlanırsa, onun zəhərlənmə qabiliyyəti sonrakı saxlama mühitindən, rejimindən, temperaturundan qaynaqlanır. Bu proses də vətəndaşlar tərəfindən izlənməlidir. Qidanın üzərindəki tarixə baxmadan alıb zəhərlənirəmsə, demək, günah mənimdir”.

Geri qayıt