Əsas Səhifə > Güney Press > 92 minlik dələduzluğa görə həbs edilən şəxsin işi
92 minlik dələduzluğa görə həbs edilən şəxsin işiDünən, 11:09 |
Külli miqdarda dələduzluqda ittiham olunan Vüqar Məhərrəmovun barəsindəki qərardan verilən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi xəbərə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası yanvarın 22-nə təyin edilib. Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti haqlı hesab edilərək təmin edilib. Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökm ilə V. Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib. Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur. Geri qayıt |