Əsas Səhifə > Güney Press > Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi?

Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi?


Bu gün, 08:30
Bu halda əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi?
İşçi: Əmək pensiyası yaşına çatdıqda onunla bağlanmış Əmək müqaviləsi məcburi olaraq ləğv edilə bilərmi, eyni zamanda bu işçinin iradəsi əlehinə baş verə bilərmi?
Bu barədə, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı: mütamadi olaraq maarifləndirmə aparsada yenə də işçilərdən bu barədə sual və müraciətlır daxil olur. Bunula əlaqədar bir daha bildiririk ki, pensiya yaşına çatan işçi ilə bağlanmış Əmək müqaviləsinin ləğvi, yalnız aşağıdakı qaydada keçirilə bilər:
1. Dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələr istisna olmaqla, əmək pensiyası yaşına çatmaış işçilərlə, əmək müqaviləsinin ləğvi yalnız işçilərin könüllü iradəsi əsasında həyata keçirilə bilər.
2. Bu Qaydaların pozulması və ya məcburi qaydada işçilərə ərizə yazdırmaqla, onlarla bağlanmış əmək müqaviləsinin ləğvi, həm işəgötürənlər,həm də onların vəzifəli şəxsləri üçün: maddi, mənəvi, inzibati və ya cinayət məsuliyyəti yaradır.
3. Əmək pensiyasına çatmaqla əlaqədar əmək müqaviləsinin ləğvi, yalnız - dövlət büdcəsindən maliyyələşən müəssisələrə aid olunur.Bu müəssisələrdə çalışmanın son yaş həddi 65-dir. Bu müəssisəlırdə 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
4. Əmək Məcəlləsində olan bir faktı yaddan çıxarmaq olmaz: İşçilərlə Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək müqaviləsinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi və həcmi heç bir formada azaldıla bilməz.
5. AR Əmək Məcəlləsində başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
6. Praktikada: İşəgötürən tərəfindən bir çox hallarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsi əsas tutulmaqla, məcburi olaraq və ya "könüllü iradə ifadəsi" adı ilə işçi ilə belə bir razılığa gəlirlər ki, işçi əmək pensiyasına çatdıqda onunla bağlanan əmək müqaviləsi ləğv ediləcək. Bu hal isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu və digər tələblərinin pozulmasıdır.Belə ki:
7. Çox maraqlı haldır, əgər işçilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 - cü maddəsində nəzərdə tutulan qaydada: yaşa və ya əlilliyə görə əmək pensiyasınaçıxdıqda, başqa yaşayış yerinə köçdükdə və ya başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda öz ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edilə bilərsə, nədən belə bir razılaşma imzalasın, özü üçün əlavə problem yaratsın?
8. Əgər işçi yaşa və ya əlilliyə görə əmək pensiyasına çıxdıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilərsə, Əmək müqaviləsində və ona edilən əlavədə əmək pensiyasına 20, 30, 40 il qalmış işçi nədən belə bir razılaşma imzalasın?
Yəni, əgər işçi əmək pensiyasına çıxmaqla əlaqədar istədiyi gün əmək müqaviləsini ləğv edə bilirsə, ən pis halda 1 ay sonra ləğv edə bilirsə ya işinə davam edə bilirsə, nədən belə bir razılaşma imzalasın? Məlum faktdlr ki, işçinin heç də belə bir marağı da yoxdur.
9. AR Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən: tərəflər əmək müqaviləsi bağlarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
10. Lakin, əsas məsələ ondadır ki, işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi artıq Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənib və ən aşağı yaş həddi burada qeyd olunub. Eyni zamanda da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində də dövlət büdcəsindən maliyyələşən müəssisələr istisna olmaqla əmək pensiyasına çıxmaqla əlaqədar əmək müqaviləsinin ləğvi tənzimlənirsə, işçi ilə işəgötürən arasında əlavə razılaşmaya nə ehtiyac var?
Əgər işçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi barədə razılaşma mümkün olsa idi, o halda da tərəflərin bu barədə qarşılıqlı razılığı Əmək Məcəlləsində nəzərdə tutulardı
Göründüyü kimi, bu müəssisələrdə bu hüquq tərəflərə aid deyil, yalnız işçilərə aiddir. Yəni, əmək pensiyası yaşına çatdıqda əmək müqaviləsinin ləğvi hüququ.
11. Göstərilən əsaslardan, Azərbaycan R-sı Əmək Məcəlləsinin: 10, 69 və 75-ci və sair maddələrinin tələblərinin pozulması ilə nəticələnən və işçilərlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əlavə razılaşmalar Əmək Məcəlləsi, bu Məcəllənin 43. 3-cü maddəsi ilə nəzərdə tutulan və qadağan olunan: Əmək müqaviləsi bağlanan zaman, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsinin azaldılmasıdır.
12. Hesab edirəm ki, bu qaydada əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin pozulmasıdır: İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Bu halda işçi, bu qaydada ləğv edilmiş əmək müqaviləsinin ləğvi barədə əmrlərdən məhkəməyə - İddia ərizəsi ilə müraciət edib, öz əmək hüquqlarını bərpa etməyə və dəyən maddi və mənəvi ziyanın almağa çalışmalıdır

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.online)

Geri qayıt