Əsas Səhifə > Güney Press > "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik"

"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik"


Bu gün, 12:55
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik"
Kuba hökuməti yanvarın 20-ni Olqin əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində hərbçilərin ölməsi ilə əlaqədar matəm günü elan edib.

“Report” xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes sosial şəbəkədə məlumat verib.

“Olqin hərbi dairəsinin hərbi materiallarının saxlandığı tikinti sahəsində həlak olan igid hərbçilərin xatirəsinə yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik”, - o bildirib.

Xatırladaq ki, yanvarın 7-də sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi ölüb.

Geri qayıt