Əsas Səhifə > Güney Press > Müharibə dayandırıla bilərdi, amma Blinken...

Müharibə dayandırıla bilərdi, amma Blinken...


Bu gün, 10:19
Müharibə dayandırıla bilərdi, amma Blinken...
2022-ci ilin sonunda ABŞ rəhbərliyi Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılması imkanını müzakirə edib. Amma ABŞ dövlət katibi Entoni Blinken Ukraynadakı müharibənin davam etdirilməsində israrlı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“2022-ci ilin sonunda ABŞ Baş Qərargahının rəisi Mark Milli Ukraynaya Moskva ilə sülh danışıqlarında iştirakı təklif edib. Amma Blinken hərbi əməliyyatların davam etdirilməsində israrlı olub”, - Amerika nəşri yazır.

Üstəlik, Blinken dünyanın 50-yə yaxın ölkəsini buna cəlb edə bilib. Qeyd edilir ki, Rusiya əleyhinə sanksiyaların tətbiqi və Ukraynaya silah tədarükünün təşəbbüskarı məhz dövlət katibi olub.

Nəşr vurğulayır ki, Pentaqon Ukraynaya silah tədarükü ilə bağlı riskə getmək istəməyib, amma müharibə boyu Blinken bu mövqeyə qarşı çıxıb.

"Blinken hərbi strateqlərdən daha az sülhməramlıdır", - qəzet əlavə edir.

Geri qayıt