Əsas Səhifə > Güney Press > Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdırBu gün, 11:04 |
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə Ermənistanın Baş naziri Nikol Paşinyanı dəvət etməyib. Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Nəşr yazır ki, Trampın inaqurasiyasına ABŞ-la yaxın olan bir sıra ölkə başçları qatılacaq, lakin ilkin məlumata əsasən siyahıda Paşinyan yoxdur. “Ermənistanın artıq ABŞ-ın strateji tərəfdaşı olduğunu, iki ölkə arasında isti münasibətlərin formalaşdırıldığını deyən qərbpərəstlər və hökumət, bu gün baş nazirin Trampın andiçməsinə dəvət olunmaması qarşısında susur. Mərasimə bir çox liderlər qatılacaq. Əgər Vaşinqton-İrəvan münasibətləri həqiqətən bu qədər parlaqdırsa, o zaman Nikol Paşinyan niyə çağırılmayıb? Nəyə görə baş nazir ABŞ-dakı səfirimiz Lilit Makuntsun işindən razı qalmayıb, hətta onun uğursuzluğunu digər səfirlərə nümunə göstərib”, – qəzetin məqaləsində qeyd olunur. Geri qayıt |