Əsas Səhifə > Güney Press > "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub

"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub


Bu gün, 10:35
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub.

Nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 411 nömrəli ünvanda yerləşən "Suraxanı Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: 9900023491) nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 4 nömrəli ünvanda yerləşən "Azərbaycan Elmi- Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması ilə yenidən təşkil edilib.

"Azərbaycan Elmi -Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:9900024691) kreditorları 2 (iki) ay ərzində tələblərini AZ 1042, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 411 nömrəli ünvana verə bilərlər

Geri qayıt