Əsas Səhifə > Güney Press > İran Ermənistanı belə cəzalandıracaq

İran Ermənistanı belə cəzalandıracaq


Dünən, 19:16
İran Ermənistanı belə cəzalandıracaq
Son günlər erməni mediasında Ermənistan-İran müharibəsinin başlayacağına işarə edən xəbərlər dərc olunmaqdadır. Ermənistan Baş naziri Nikol Paşinyanın İrana qarşı müharibəyə başlamaq üçün bütün resurslardan istifadə edəcəyi diqqətə çatdırılır. Bu kimi xəbərlərin isə ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinin imzalanmasından həmən sonra yayılması təəccüblü deyil.

Ermənistan-İran müharibəsi gözlənilirmi? Ümumiyyətlə, yaxın perspektivdə bu istiqamətdə hər hansı addım atıla bilərmi?

Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, Ermənistanın İranla müharibə etmək üçün heç bir resursu yoxdur:

“Ermənistan ordusu İkinci Qarabağ müharibəsində darmadağın edilib. Bu gün Hindistan, Fransa və digər müttəfiqlərindən yeni silahlar alıb, silahlanma yarışına girsə də bu, kifayət etməyəcək. Hazırda Ermənistan ordusunun döyüş qabiliyyətinin zəifliyi, hərbi texnikalarının keyfiyyətsizliyi onun vəziyyətini çətinləşdirir.

Ümumiyyətlə, bu məsələdə İran-Ermənistan münasibətlərinə də nəzər salmaq lazımdır.

Zəngəzur dəhlizinin açılması, maneəsiz gediş-gəlişin təmin olunması məsələsində Azərbaycanın qaldırdığı haqlı tələblərə İran kəskin münasibət bildirib, bunu qırmızı xətt olduğunu diqqətə çatdırırlar. Guya Azərbaycanın İrana ərazi iddiası irəli sürdüyünü göstərmək istəyirdilər. Ermənistan da Zəngəzur dəhlizinin açılmasına qarşıdır.

Digər tərəfdən rəsmi Tehran ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi ilə bağlı hələ də mövqeyini bildirməyib. Məlum olduğu kimi ABŞ-İran münasibətləri düşmənçilik həddindədir və İranın bir nömrəli düşmənini Ermənistan Cənubi Qafqaza dəvət edib”.

Politoloqun sözlərinə görə, Ermənistanın sərhəd ərazilərə Qərb nümayəndələrini yerləşdirməsi İrana müsbət heç nə vəd etmir:

“Bu açıq şəkildə göstərir ki, Ermənistan hökuməti Qərbin Cənubi Qafqaza gətirməsində maraqlıdır. Bütün bunların fonunda İranın Ermənistana hücum etməsi gözlənilən deyil. Əgər münasibətlər gərginləşərsə, iqtisadi sanksiyalar, Mehri yolunun bağlanması, sərt bəyanatların verilməsi və s. mümkündür”.
Geri qayıt