Əsas Səhifə > Güney Press > "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir,
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir,Dünən, 19:02 |
Ordu sıralarında kifayət qədər dinə bağlı olan, ibadətinin zamanını keçirməməyə çalışan insanlar var. Bu şəxslər normal həyatda dinin tələb etdiyi bütün şərtləri daim yerinə yetirməyə çalışır. Məsələn; biz tez-tez mağazada, yolda və s. yerlərdə namaz qılan insanlarla qarşılaşırıq və yaxud Ramazan ayında sübh tezdən oyanıb, oruclu olmaq bu insanlar üçün önəmlidir, dinin qanunudur. Bəs ordu sıralarında bu kimi şəxslər necə ibadət edə bilir? Orduda dini ibadətlər üçün şərait varmı? Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ordusunda dini azadlığa hörmət olunur və qorunur. "Hərbi xidmətə gələn dini rituallarını axsatmaq istəməyən əsgərlər üçün bütün prosedurları həyata keçirmək üçün də müvafiq şərait yaradılır. Dini Qurumlar İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin bölmələrindəki nümayəndələrlə mütəmadi görüşlər keçirilir, dini maarifləndirmə ilə aparılır. Vətənpərvərlik duyğusunun dinlə bağlantısı var. Vətənpərvərlik ruhunun formalaşmasında, dövlətə bağlılıqda dinin böyük rolu var. Hərbi xidmətdə olan dindarlara hər bir şərait yaradılır. Namaz qılmaq üçün, ibadət üçün otaqları var"-deyən Şair Ramaldanov qeyd edib ki, orduda bununla bağlı problem yoxdur, heç kimə heç bir qadağa qoyulmayıb, hər kəs öz dini rituallarını həyata keçirə bilir, namaz qılır, oruc da tutur və orduda kifayət qədər dini təbliğat da var. Geri qayıt |