Əsas Səhifə > Güney Press > Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq?
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq?Dünən, 15:58 |
Son vaxtlar ölkədə ətin qiyməti yüksək olaraq qalmaqdadır. Belə ki, mal əti minimum 15,50, qoyun əti isə 20 manata satılır. Vətəndaşların isə mövcud bahalıqla bağlı ət almaq imkanları getdikcə məhdudlaşır. Nəticədə isə əhalinin əksəriyyəti toyuq əti istehlak etmək məcburiyyətində qalırlar. Bəzən quş əti və məhsullarında da bir qədər bahalaşma müşahidə edilir. Qeyd edək ki, yerli məhsulların satışı ilə yanaşı, ölkəyə xarici ölkələrdən də toyuq əti idxal olunur. Bugünlərdə qurum Rusiyadan ana toyuq idxalı ilə bağlı etirazını bildirmişdi. Hazırda bazarda müxtəlif yerli firmalar tərəfindən istehsal edilən quş əti və məhsulları satılır. Ancaq son günlər yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Marketlərdə əvvəllər 14-17 qəpiyə satılan yumurta hazırda 6-7 qəpiyə satılır. Yumurtanın qiymətində baş verən ucuzlaşma toyuq ətində də özünü göstərəcəkmi? Məsələ ilə bağlı Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli “Cebheinfo.az”-a bildirib ki, bu gözlənilmir: "Bu gün onsuz da bazarda toyuq ətinin qiyməti ucuzdur. Ona görə də ucuzlaşması gözlənilmir". Geri qayıt |