Əsas Səhifə > Güney Press > 7 saylı həbsxanada məhkum özünü asdı

7 saylı həbsxanada məhkum özünü asdı


Bu gün, 16:46
7 saylı həbsxanada məhkum özünü asdı
Penitensiar xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihar hadisəsi baş verib.

Gununsesi.info–nun xəbərinə görə, həmin müəssisədə cəza çəkən Tural Nağıyev özünü karserdə asaraq öldürüb.

İddialara görə, onun özünə qəsd etməsinə səbəb müəssisədə işgəncələrə məruz qalması olub.

Məsələ ilə bağlı Penitensiar xidmətdən Gununsesi.info-nun sorğusuna cavab verilib.

Həmin cavabda bildirilir:

“Məhkum Tural Nağıyevin qeyri-qanuni hərəkətlərə məruz qalması ilə bağlı iddia həqiqəti əks etdirmir. O, işçi heyət və məhkumlar tərəfindən fiziki və mənəvi təzyiqlərə, işgəncələrə məruz qalmayıb, ona qarşı qanunsuz hərəkətlərə yol verilməyib. Qeyd edilən intihar faktı ilə bağlı Bakı şəhəri Xətai rayon Prokurorluğunda araşdırma aparılır.”

Geri qayıt