Əsas Səhifə > Güney Press > Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Almaniya Ermənistana 20 milyon avro bağışlayırBu gün, 15:18 |
Ermənistan hökuməti yanvarın 16-da keçirilən iclasda Ermənistan və Almaniya hökumətləri arasında 2023-cü il üçün maliyyə əməkdaşlığı haqqında sazişin imzalanmasını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib. Sazişə əsasən, “Bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı: IV Mərhələ” proqramı üçün Kreditlərin Bərpası Bankından 26 milyon avroya qədər kredit və yuxarıda göstərilənlərin həyata keçirilməsi üçün zəruri olan əlaqəli fəaliyyətlərlə bağlı 20 milyon avroya qədər qrant nəzərdə tutulur. Geri qayıt |