Əsas Səhifə > Güney Press > Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar


Bu gün, 17:27
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub. Tərəflər 25-in 25-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Yanvarın 15-də danışıqlar prosesi nəticəsində 25 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 25 hərbi əsiri təhvil verilib", - Rusiya hərbi idarəsindən bildirilib.

Bu, Rusiya ilə Ukrayna arasında 2025-ci ildə həyata keçirilən ilk məhbus mübadiləsidir. Məlumatda qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri rusiyalı hərbçilərin əsirlikdən qaytarılması üçün humanitar vasitəçilik səyləri göstərib.

Xatırladaq ki, sonuncu dəfə əsir mübadiləsi ötən ilin dekabr ayında baş tutub. Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Geri qayıt