Əsas Səhifə > Güney Press > Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib


Bu gün, 16:18
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və
tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının
səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi
vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların
rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq
olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Dəmirçilər kənd
İƏD üzrə nümayəndəliyin Ağkənd kəndində keçirilib.
Qəbulda hüquq-mahafizə orqanlarının rəhbərləri, səhiyyə, təhsil, mədəniyyət,
digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi və kənd
sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış
abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah
halının yaxşılaşmasına təsirindən, həmçinin Ağkənd kəndində görülən
işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial
obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən
problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb,
bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Ağkənd kəndinin 667 hektar ərazisi, 248 təsərrüfatı, 1304
nəfər əhalisi var. Ərazidə 1 körpələr evi uşaq bağçası,1 kitabxana, 1
mədəniyyət evi, 3 ticarət obyekti, 1 iaşə obyekti, 2 məişət obyekti faəliyyət
göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 533
baş iribuynuzlu, 975 baş xırdabuynuzlu heyvan, 4380 baş quş, 88 arı ailəsi
saxlayırlar.
Son üç ildə Ağkənd kəndində kənd arası yollar 600 metr cari təmir olunub, su
arxları 9.7 km məsafədə lildən təmizlənib, kənd ərazisində 800 ədəd çəkil, 40
ədəd eldar şamı ağacı əkilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-
səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış
Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin
əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından
istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət
açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop
maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü
maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib.
Kənd sakinlərindən Nəsib Haqverdiyev Ağkənd kəndinə əsas suvarma
arxından qapının qoyulması, Rəşid Sultanov suvarma arxlarının təmizlənməsi,
İbrahim İbrahimov kəndə suyun normaya uyğun verilməsi, Rəhman Tahirov
kənddə olan poçt filialının bağlanmaması, Sərdar Muradov suvarma arxlarına
tullantıların atılmasının qarşısının alınması və digər məsələlər barədə
müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə
aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla
yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

"DİA-AZ"

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib

Geri qayıt