Əsas Səhifə > Güney Press > “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...”
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...”Bu gün, 18:58 |
“Əlbəttə ki, rejissorlar mənə müraciət edirlər. Bəzən olur ki, rejissorla sözüm, fikirlərim üst-üstə düşmür. Söhbət edəndə başa düşürəm ki, mən bu insanla işləyə bilməyəcəm. Bütün rejissorlardan üzr istəyirəm. Mən elə bir yaşdayam ki, işlə məşğul oluramsa fikrim-zikrim işdə olmalıdır. Qalmaqalda, yaxud da hansısa bir işlə məşğul olan adam deyiləm ki, məni anlamasınlar”. Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Suğra Bağırzadə deyib. O daha sonra bildirib ki, rejissor aktrisaya inanmalıdır: “Mən elə insanam ki, rejissor mənə desə ki, sən bu rolu belə oynamalısan, heç vaxt rejissorun, rəssamın, qrimyorun, operatorun işinə müdaxilə etmərəm. Mən şəhid anası roluna çəkildim. Görün orada necə qoca qadın idim. Qoca deyildim, özümü ruhən və qrimlə qocaltmışdım. Mən aktrisayam, bildim ki, şəhid anası rolunu oynayacam 2 gün yemək yemədim, ancaq su içdim. Çəkilişə gedəndə də ac getdim. Təsəvvür edin ki, mən orada ancaq isti su içirdim. Rejissor Rüfət Hüseynov da çox peşəkar idi. Rejissorlar aktrisaya inanmalıdır. Əgər aktrisa doğurdan da aktrisadırsa o özünü elə hazırlayır ki, istər-istəməz obrazı düzgün təqdim edir. Mən o dərdimi bildirməli idim axı! Necə yeyib-içə bilərdim? Aclıq, yuxusuzluq, depressiya.. Bütün bu hissləri tamaşaçıya ötürməli idim.. Tək qrimlə də olmur.. Mən nə qədər filmdə, serialda çəkilmişəmsə öz işimdən razı olmuşam. Çünki əsərlərimə də, çəkildiyim filmlərə də kənar şəxs kimi baxıram. Çəkilişlərə həmişə hazırlıqlı gedirəm ki, rejissor ancaq rejissor işi ilə məşğul olsun, başqa heç nəyə fikir verməsin”, deyə sənətkar bildirib. Geri qayıt |