Əsas Səhifə > Güney Press > Vuçiçi kim qaza gətirmişdi?

Vuçiçi kim qaza gətirmişdi?


Dünən, 18:11
Vuçiçi kim qaza gətirmişdi?
Ötən gün Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycandan qaz axınının bərpasının 1-2 ay çəkəcəyi ilə bağlı səsləndirdiyi xəbərlərin yanlış olduğu ortaya çıxdı. Son açıqlamasında isə problemin qısa müddətdə aradan qaldırılacağı açıqlayıb və Azərbaycandan Serbiyaya qaz axının dayandırılmadığına görə Prezident İlham Əliyevə təşəkkür edib.

Bunun səbəbi nədir? Nə baş verdi ki, Serbiya prezidenti bu cür ziddiyyətli açıqlamalarla çıxış etdi?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Azərbaycan Serbiya ilə yanaşı Avropa İttifaqının 8, ümumilikdə isə 10 Avropa ölkəsinə qaz satır:

“Serbiyaya verilən qaz yanvarın 7-də obyektiv səbəbdən dayandırıldı. Bunun səbəbi isə Xəzər dənizində baş verən qəza idi. BP şirkəti tez bir müddətdə həmin problemi həll etdi. Artıq qaz verilişi bərpa olunub. Serbiya Prezidenti Aleksandr Vuçiç isə son açıqlamasında “azərbaycanlı dostlarımız və qardaşlarımıza təşəkkür edirik ki, bizi məsələ ilə bağlı məlumatlandırdılar” deyə qeyd etdi. Onun səsləndirdiyi fikirlərdən də aydın olur ki, Azərbaycan Serbiyaya qaz axınını dayandırmayıb. Mövcud problemləri ən qısa zamanda həll edərək, prosesin davam etdirilməsinə başlayıb”.

Politoloqun sözlərinə görə, həmin prosesin siyasi motivi yoxdur, yəni “qapanma” qəza səbəbindən qısamüddətlik baş vermişdi:

“Burada xüsusi məqsədlər yox idi. Mövcud problemlər qısa müddətdə həllini tapdı. Hazırda qaz axını əvvəlki qaydada davam edir. Yanvarın 1-də Rusiyanın Avropaya qaz nəqlinin dayandırılmasından sonra Avropada qazın qiyməti kəskin şəkildə artdı. Beləliklə qaza daha böyük ehtiyac yarandı”.

Geri qayıt