Əsas Səhifə > Güney Press > "İran Suriya itkisinin "ağrı-acı"sını
"İran Suriya itkisinin "ağrı-acı"sınıDünən, 15:22 |
Son zamanlar İranda əhali arasında açıq şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsi ciddi şəkildə qızışdırılır. Hətta bununla bağlı bir müddət əvvəl İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. Güneyli siyasi şərhçi Maşallah Rəzmi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ərdəbildə Azərbayacana qarşı təhqirlər edən Həsən Amilinin əlaltıları bir aya yaxındır ki, İran Suriyada böyük məğlubiyyətə uğrayıb və hamıya məlumdur ki, bu savaşda Türkiyə qazanıb və İranı oradan çölə atıb. “46 il Əli Xamenei və İran İslam Cümhuriyyəti İsraili mühasirəyə ala bilmək üçün Suriyada böyük vəsait xərcləmiş, proksi qüvvələr yaratmışdı. Bu qrupların hamısı məhv edildi və böyük tarixi bir məğlubiyyət yaşandı”-deyə Maşallah Rəzmi qeyd edib ki, İranla Türkiyə keçmişdən bəri bir-birinə rəqib kimi idi, siyasət və digər sahələrdə rəqabət aparırdılar. İndi İran İslam Cümhuriyyəti zəifləyib, proksi qüvvələri məhv edilib, özü də təhlükəli vəziyyətə düşüb. Bunun əksi olaraq, Türkiyə çox güclənib və buna reaksiya olaraq, imam-cümələr, onların əlaltıları bir aydır ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı və Azərbaycan Prezidenti İlham Əliyevi təhqir edirlər. “İranda Türkfobiya çoxdan var idi. İndi bunu gücləndiriblər. Türk millətlərinin əleyhinə təbliğat aparırlar. Türkiyə televiziyalarında fars proqramı başladığı gündən İran televiziya kanallarında, sayt və jurnallarında bu məsələni gündəmə gətirirlər. İranda 100/7 insanlar ancaq İran televiziyalarına baxırlar, qalanları ya Türk televiziyalarına, ya da Azərbaycan telekanallarına və ya digər kanallara baxırlar. Bu səbəbdən də, İslam Cümhuriyyəti təbliğat sahəsində də çox böyük imkanlar itirib. Yəni həm hərbi sahədə Suriyada, Liviyada, Qəzzada məğlub olub və proksi qüvvələrini itirib, həm də təbliğat sahəsində rəqiblərinin qarşısında addım atmağa qadir deyil”-deyə Maşallah Rəzmi qeyd edib. Güneyli fəal bildirib ki, məhz bu səbəbdən bu kimi adamlara daha çox danışmağa imkan verilir. Geri qayıt |