Əsas Səhifə > Güney Press > İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edibBu gün, 12:38 |
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində Birinci Qarabağ müharibəsi şəhidi Əsədov Mahir Yelmar oğlunun ailəsini ziyarət edib, anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib. Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. Qeyd edək ki, Əsədov Mahir Yelmar oğlu 1976-cı il yanvar ayının 15-də Tərtər rayonunda anadan olub. 1992-ci ildə şəhər 1 nömrəli məktəbi bitirib. Qarabağ savaşı başlanan zaman könüllü olaraq milli orduya yazılanlardan biri də Mahir olub. Çox ağır və şərəfli döyüş yolu keçmişdir. 1993-cü ildə Haterk istiqamətində döyüş zamanı yoldaşları ilə birgə mühasirəyə düşür, hər iki ayağını don vurur. Lakin qospitalda müalicəsini tamamlayan kimi yenidən "20 Yanvar" batalyonunun tərkibində döyüşlərə qatılır. Həmin ilin iyul ayının 22-də Ağdərə rayonunda artilleriya atəşindən şəhid olmuşdur. Tərtər şəhər qəbiristanlığında dəfn olunub. Yaşadığı küçə onun adını daşıyır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. "DİA-AZ" Geri qayıt |