Əsas Səhifə > Güney Press > Müsavat Partiyası Sabir Rüstəmxanlıya

Müsavat Partiyası Sabir Rüstəmxanlıya


Dünən, 16:14
Müsavat Partiyası Sabir Rüstəmxanlıya
Milli Məclisin I, II, III, IV və VI çağırışlarının deputatı Sabir Rüstəmxanlı Modern.az-a geniş müsahibə verib. O, müsahibəsində köhnə dostu - Müsavat Partiyasının başqanı İsa Qəmbərdən gileylənib və incidiyini vurğulayıb:

“İsa Qəmbərin hərəkətləri məni heyrətləndirdi. Biz hələ hərəkatdan əvvəl uzun müddət dost olmuşuq. Amma parlament seçkisində kimliyini bildiyi birini deyil, özünü normal aparmayan, sonda da əsl üzü açılan Vəfa Nağını müdafiə etdi. Ona Müsavat Partiyasında mətbuat konfransı üçün yer verdi. Mən elə şey etməzdim. İsa Qəmbəri müdafiə edərdim, axı ailəsini də, özünü də tanıyıram. Heç vaxt digər alternativlərə yer verməzdim. Bu mənim prinsiplərimə uyğun gəlməzdi. Görünür bunlar həddindən artıq demokratdır. İncimişəm və bu incikliyi gizlətmirəm. Ola bilsin haradasa səhv etmişəm, gəlib dostcasına, yoldaşcasına demək olar ki, belə olmaz, elə olar. Amma bunlar erməni tərəfdarlarına salonlarını açdılar. Müsavat Azərbaycan tarixində önəmli partiya idi. Orada Rəsulzadə var idi”.

Modern.az Sabir Rüstəmxanlının iradları ilə bağlı Müsavat Partiyasının başqanı İsa Qəmbərin mövqeyini öyrənmək istəyib. Lakin onunla əlaqə saxlamaq mümkün olmayıb.

Buna görə də onun müavini ilə əlaqə saxlamalı olduq.

Saytımıza açıqlamasında İsa Qəmbərin müavini Gülağa Aslanlı bildirib ki, Müsavat Partiyası seçki zamanı rəsmən hansısa namizədi dəstəkləməklə bağlı qərar verməyib:

“Əvvəla biz partiya olaraq, rəsmi şəkildə hansısa namizədi dətəkləmək barədə heç bir qərar verməmişik. Sadəcə olaraq, seçki kampaniyasında iştirak edən onlarla adama öz etirazlarını bildirmək üçün qərargahımızda yer vermişik. Burada onlar öz işlərini görə mətbuat konfransı keçirə bilərdilər. Bu, hər hansı rəsmi dəstək anlamına gəlmir”.

G.Aslanlı bildirib ki, Sabir Rüstəmxanlı uzun illər deputat olub və daha parlamentə seçilmək istəmədiyini deyirsə, niyə ailə üzvünün Milli Məclisə düşməsinə çalışıb: "Bu çoxmu vacib idi?".

Geri qayıt