Əsas Səhifə > Güney Press > Oskanyan Qərbi Azərbaycandan danışdı

Oskanyan Qərbi Azərbaycandan danışdı


Bu gün, 10:15
Oskanyan Qərbi Azərbaycandan danışdı
2025-ci il yeni başlayıb, Ermənistan artıq bu dönəmdə dərin xarici siyasət problemləri və gələcəyi ilə bağlı ontoloji suallarla üz-üzədir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

Onun sözlərinə görə, xarici və daxili böhranların yaxınlaşması Ermənistanı indiki bataqlıqdan çıxmasını çətinləşdirir.

“2020-ci ildə Qarabağ müharibəsində Ermənistanın hərbi məğlubiyyəti, Azərbaycanın 2023-cü ildə bölgəni tam geri alması Cənubi Qafqazda güc dinamikasını dəyişdi”, - Oskanyan əlavə edib.

Sabiq xarici işlər naziri etiraf edib ki, Ermənistan Azərbaycana qarşı effektiv şəkildə mübarizə apara bilmir.

Oskanyan Azərbaycanın Ermənistana tələblərinə də diqqət çəkib:

“Bu tələblərə Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsi, 300 min azərbaycanlının Ermənistana qaytarılması, Azərbaycanı (əsas hissəsini) Naxçıvanla birləşdirən dəhlizin (Zəngəzur) yaradılması, Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasında dəyişiklik daxildir”.

Keçmiş diplomat vurğulayıb ki, Ermənistan Azərbaycanın bütün tələbləri ilə razılaşıb.

Oskanyan İrəvanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsinin perspektivinin olmadığını söyləyib:

“Paşinyanın Ermənistanı “sülh yollarının qovşağı” kimi göstərməsi də boşdur. Ermənistandan tamamilə yan keçən regional kommunikasiya dəhlizləri artıq layihələndirilib və yekunlaşdırılıb”.


Geri qayıt