Əsas Səhifə > Güney Press > Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR?
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR?Dünən, 19:02 |
Azərbaycan və Türkiyəyə qarşı ən təxribatçı və çirkin açıqlamaları illərdir Ərdəbilin imam cüməsinə söylədirlər. Ali dini liderin Ərdəbildəki nümayəndəsi müxtəlif toplantılarda çıxışlar edir, açıqlamalar verir, yəni idman dili ilə desək daima “formadadır”. Bəs görəsən Təbrizin imam cüməsi necə Ərdəbildəki həmkarı kimi düşünür? Kiçik araşdırma apardım və məlum oldu ki, o da rəhbərindən aldığı tapşırıqları canla-başla yerinə yetirir və Azərbaycan əleyhinə açıqlamalarında Ərdəbildəki həmkarından geri qalmır. Bunların məqsədi Güneydəki azərbaycanlıların əyalət mollaları kimi düşündüyünü bizə təlqin etməkdir. Əlbəttə, əyalət mollalarını dinləyənlər içərisində rejimi dəstəkləyən azərbaycanlılar var. Ancaq Ərdəbil və Təbrizdə divarlara çap hərflərlə “Yaşasın Qarabağ qəhrəmanı Əliyev Başqan” və “Yaşasın Şam fatihi Ərdoğan Rəis” şəkillərini divarlara yapışdıran azərbaycanlılar da az deyil. Bunu görməmiş deyillər. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |