Əsas Səhifə > Güney Press > Prezidentdən Zəngəzur mesajı
Prezidentdən Zəngəzur mesajıDünən, 18:58 |
2020-ci ildə Azərbaycanın tarixi Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra gündəmdə olan bir sıra məsələrdən biri də Zəngəzur dəhlizinin açılması idi. Bu məsələ 10 noyabrda Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin imzaladığə üçtərəfli Bəyanatda da öz əksini tapıb. Amma Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və Zəngəzur dəhlizinin açılması məsələsi yubandı. Artıq müharibənin bitməsindən 4 ildən artıq zaman keçib. Amma Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də icra etməyib. Zəngəzur dəhlizi məsələsi bu gün də Azərbaycanın əsas gündəm mövzusudur. Bu istiqamətdə zaman-zaman müxtəlif fikirlər sələndirilirdi. Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini bir daha qəti şəkildə bütün dünyaya çatdıdı. “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Naxçıvanla əlaqənin qurulması üçün bu dəhlizin açılması şərtdir və bu, Ermənistanın suverenliyini təhdid etmir. Onlar 10 noyabr bəyanıtının şərtini yerinə yetiməlidir”,-deyə Prezident İlham Əliyev müsahibəsində vurğulayıb. Göründüyü kimi, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi vahiddir və bu istiqamətdə ciddi işlər aparır. Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan deputat Vüqar İskəndərov deyib ki, sülh müqaviləsinin bəndlərində Azərbaycan Ermənistana çox böyük güzəşt edərək Zəngəzur dəhlizi məsələsini ora əlavə etmədi: “Amma Zəngəzur dəhlizi məsələsi 10 noyabr üçtərəfli Bəyanatın icra olunmayan bir bəndidir. Zəngəzur dəhlizində nəzərdə tutulun yolun tikintisi Azərbaycan tərəfindən başa çatdırılıb. Ermənistana da təklif olundu ki, öz üzərlərinə düşən yol tikintisini həyata keçirsin. Azərbaycan paralel olaraq İran ərzinsəndə də belə bir yolun çəkilməsi ilə bağlı işlər aparır. Ağıllı dövlət hər zaman müxtəlif variantlar üzərində işləyir”. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin konkret olaraq “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” deməsinin arxasında böyük bir məqam var: “Ermənistan ağlını başına yığmalıdır, kimlərin də onlara verdiyi ürək-dirəyə arxalanmasın, düşünsün ki, onun nicat yolu bu dəhlizin açılmasıdır. Ermənistan o halda inkişaf edə bilər ki, onun Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşacaq. Yəni Ermənistan bölgədə mövcudluğunu qoruyub saxlamaq istəyirsə, Azərbaycan və Türkiyə ilə hesablaşmalıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı bütün yollar Azərbaycanın əlindədir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, bizim verdiyimiz bəyanatların arxasında güc dayanır. Bunu da Ermənistan dəfələrlə görüb”. Geri qayıt |