Əsas Səhifə > Güney Press > Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi

Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi


Dünən, 14:10
Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi
Bakıda hemofiliya xəstəsinin üç il səhv müalicə edilməsi ilə bağlı iddia irəli sürülüb. Bununla bağlı "Qan Donorları Assosiasiyasının" sədri Fuad Əsgərov öz *Facebook sosial şəbəkə hesabında şikayət xarakterli status paylaşıb.
"Respublika Klinik Xəstəxanasında hemofiliya xəstəliyindən əziyyət çəkən şəxslərə qarşı haqsızlıq edilir. Şöbədə peşəkar həkim yoxdur. 2023-cü ilin dekabrında mənim analizimdə faktor dərəcəmin 6,6 olduğunu dedilər. Etiraz edib dedim ki, mənim faktor dərəcəm 6,6 ola bilməz. Dərmanı az-az verdilər. Daha sonra məcbur olub 2024-cü ilin dekabrın 25-də Moskvaya getdim. Moskvada mənim faktor dərəcəmin 1,9 olduğunu dedilər. Üç il məni yanlış müalicə ediblər. 1700 insana səhv diaqnoz qoyulubsa, bu biabırçılıqdır. Həkimlər elə rəftar edir ki, ora sanki ac olduğumuz üçün gedirik. Başa düşmürlər ki, biz müalicə və müayinə üçün gedirik", - deyə F.Əsgərov şikayətlənib.

Hemofiliya xəstəsi Respublika Kliniki Xəstəxanasında müalicədən və müayinədən imtina etdiyini də bəyan edib:
"Mən irsi qan xəstəliyi olan hemofiliyadan əziyyət çəkən şəxs olaraq Respublika Kliniki Xəstəxanasında müalicədən və müayinədən imtina edirəm. Bu gündən etibarən onların verdiyi mənşəyi bəlli olmayan, düzgün analiz aparılmadan təyin olunan "dərmanlardan" imtina edirəm. Bu addımın sonu ölüm də olsa, mən bu dərmanları düzgün təyinatı olmadan qəbul etməyəcəm. Həyatıma nə isə olsa, RKX direktoru Dr. Elviz və onun gənc kosmetoloq müavini Minə xanımın səbəbindəndir. Özlərinə həyatımız üzərində "krallıq" qurublar. Amma bütün xərc dövlətimin büdcəsindən gedir".
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Fuad Əsgərov hemofiliyalı xəstələrinin vahid elektron registrında IX laxtalanma faktoru əksikliyi Hemofiliya B diaqnozu ilə qeydiyyatdadır və mütəmadi olaraq tibbi yardımla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı" çərçivəsində faktor konsentratı ilə təmin olunur.
"Sözügedən şəxs 2022-ci il ərzində 56.000 BV IX faktor konsentrati "Octanine", 2023-cü il ərzində ambulator olaraq 81.000 BV IX faktor konsetrati "Octanine", 2024-cü il ərzində isə 89.000 BV IX faktor konsentrati "Octanine" preparatı ilə ambulator olaraq təmin olunub. Bildiririk ki, hemofiliya xəstələri hər ay mütəmadi olaraq faktor konsertrati aldığı üçün illik nəzarət müayinələri zamanı faktorun aktivlik faizində müəyyən dəyişikliklər müşahidə oluna bilir", - deyə sorğuya cavabda bildirilib.

Geri qayıt