Əsas Səhifə > Güney Press > Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək
Görüş başlayır: ərazilərimiz bu ölkələr arasında bölünəcək7-01-2025, 09:34 |
“Hər dəfə sülhdən danışan, amma bunun üçün heç nə etməyən, hər dəfə Allahın adını çəkən, lakin özü addım atmayan xalq! (erməniləri nəzərdə tutur – red.)”. Globalinfo.az xəbər verir ki, bunu dövlət idarəçiliyi üzrə ekspert Ovannes Avetisyan yazıb. O bildirib ki, Türkiyə və İran arasında danışıqlarda Ermənistanın ərazi bütövlüyü ilə bağlı qərar veriləcək: “Hər fürsətdə gözəl gələcəkdən bəhs edən, lakin bunun formalaşmasına qarışmayan bir xalq! Türkiyə və İran rəsmiləri yaxın günlərdə görüşüb, ərazilərimizə təsir zonalarını necə bölüşdürəcəklərinə (“Zəngəzur dəhlizi” adı altında – O.A) qərar verəcəklər”. Qeyd edək ki, bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Türkiyə ilə Zəngəzur dəhlizi barədə müzakirə aparacaqlarını açıqlayıb. Geri qayıt |