Əsas Səhifə > Güney Press > İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur...
İşçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur...7-01-2025, 09:10 |
İşçilərin əmək haqqından hansı ödənişlər tutula bilər? Əmək haqqından müvafiq məbləğlər Əmək Məcəlləsi ilə müəyyən edilən hallar istisna olmaqla yalnız işçinin yazılı razılığı ilə, yaxud icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: 1. Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr. 2. Qanunvericilikdə nəzərdə tutulan qaydada icra sənədləri üzrə müəyyən edilmiş məbləğ. 3. İşəgötürənə işçinin(tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği. 4. Müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu. 5. Xdməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalan borc məbləği. 6. Mühasibat tərəfindən səhv olaraq riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər. 7. Təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği. 8. İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən biray müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz. 9. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. 10. Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz. 11 İşçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı kreditlər və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq - kreditorlara göndərilə bilər. Lakin İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz Azər Quiyev Neftçilərin hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - "DİA-AZ" (dia-az.link) Geri qayıt |