Əsas Səhifə > Güney Press > Mask Baydeni dövlətə xəyanətdə ittiham edib
Mask Baydeni dövlətə xəyanətdə ittiham edib2-01-2025, 08:42 |
ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin administrasiyası ABŞ – Meksika sərhədindəki divar üçün materialları satmaq qərarı ilə faktiki olaraq dövlətə xəyanət edib. “Report” xəbər verir ki, bu barədə amerikalı biznesman İlon Mask sosial şəbəkə bildirib. “Yüz faiz dövlətə xəyanətdir”, – o vurğulayıb. Sahibkar bununla sosial şəbəkə istifadəçilərindən birinin Bayden dövründə ABŞ hakimiyyətinin miqrantlar üçün sərhədləri qəsdən açdığını düşündüyü paylaşımını qiymətləndirib. Daha əvvəl CNN telekanalı məlumat vermişdi ki, ABŞ-nin Miqrasiya və Gömrük Xidməti son maliyyə ilində 271,4 min miqrantı ölkədən deportasiya edib. Geri qayıt |