Əsas Səhifə > Güney Press > “Azəriqaz”dan deyirlər ki...
“Azəriqaz”dan deyirlər ki...1-01-2025, 17:41 |
Keçən günlərdə "DİA-AZ" olaraq “Azəriqaz” Prezidentin 207 saylı fərmanını sabotaj etmək istəyir - BU DA FAKT! başlıqlı məqalə paylaşmışdıq. Bunula bağlı "Azəriqaz"ın cavab reaksiyasını təqdim edirik: "Azərbaycan Respublikasının “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi” tərəfindən müəyyən edilmiş qaydalara əsasən məişət tipli qaz sayğacları, 5 (beş) il tamam olduqda çıxarılaraq növbəti Dövlət yoxlamasına göndərilməlidir. Bildiririk ki, indiyə kimi qaz təsərrüfatında istifadə olunan öncədən ödənişli qaz sayğacları smart deyil, smart-kart tipli qaz sayğaclarıdır. Yəni bu qaz sayğacları onlayn rejimdə çalışmır. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən isə 2022-ci ildən etibarən artıq smart tipli qaz sayğaclarının tətbiqi nəzərdə tutulub. “Azəriqaz” İB tərəfindən artıq bu istiqamətdə işlər aparılmaqdadır. Belə ki, quraşdırılan mexaniki tipli qaz sayğaclarının üzərinə əlavə olaraq smart qurğusu quraşdırılır. Beləliklə, mexaniki tipli qaz sayğacı “smart” tipli qaz sayğacı olaraq çalışır. Qeyd edək ki, dövri yoxlama müddəti tamam olan məişət tipli qaz sayğaclarının əvəzlənərək çıxarılması və növbəti dövlət yoxlanılmasına təqdim olunması, “Azəriqaz” İB-nin daxili təlimatı ilə tənzimlənmir. Bu mövcud qaydaların tələbidir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması zamanı istismara yararsız olan, xətaları mövcud standartlara uyğun olmayan qaz sayğaclarının aşkar olunaraq istismardan çıxarılması təmin olunur. Yararlı qaz sayğacları isə yenidən istismara qaytarılır..." Geri qayıt |