Əsas Səhifə > Güney Press > Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xüsusi karantin rejiminin müddəti uzadıldı


Dünən, 12:10
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.

"DİA-AZ" xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edək ki, bu müddət yanvarın 1-də başa çatırdı.

Geri qayıt