Əsas Səhifə > Güney Press > Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub
Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulubDünən, 10:57 |
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya raketilə vurulduğunu bildirib. Modern.az xəbər verir ki, Kirill Budanov bu barədə “The War Zone” nəşrinə açıqlamasında deyib. “Bizim bildiyimizə görə, təyyarə Rusiya ərazisində “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən vurulub”, - Budanov qeyd edib. Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub. “Embraer 190” təyyarəsi Aktau hava limanına çatmağa 3 dəqiqədən az vaxt qalanda pilotlar sükan idarəetməsini itirib və qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, 38 nəfər ölüb. Təyyarənin gövdəsində - quyriq hissəsində qəlpə dəlikləri müşahidə olunur. Geri qayıt |