Əsas Səhifə > Güney Press > Hadrutun xarici elektrik təchizatı yenilənir
Hadrutun xarici elektrik təchizatı yenilənirDünən, 10:00 |
Xocavənd rayonunda 35 kV-luq elektrik veriliş xəttinin çəkilişinə başlanılır. İqtisadiyyat.az xəbər verir ki, məqsəd Hadrut qəsəbəsinin xarici elektrik təchizatının təmin olunmasıdır. 1-ci mərhələdə transformator məntəqəsinin tikintisi nəzərdə tutulub. “Azərişıq” sözügedən işlərin icrasını “Harmony İndustrial Construction and Engineering Group” MMC-yə həvalə edib və onunla müqavilə bağlayıb. Beləliklə, Hadrutun xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi (1-ci mərhələdə tikiləcək transformator məntəqəsinə) işləri 696.490,2 manata başa gələcək. Geri qayıt |